Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yevlax Rayon Mərkəzi Xəstəxanasında güclü yanğın - Foto(Yenilənib)

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın davam edir.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.
Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə bütün xəstələr təxliyə edilir.

Xəstəxanadan “Report”un Qərb bürosuna verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: “Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür”.
***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.(Report)

Yenicag.az

Loading...

www.yenicag.az

1525
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100