Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yevlaxda təcili ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

E. Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S. Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitəninin mənbəyinin Yevlax şəhər sakini Bəhruz Novruzov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Eləcə də E. Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində onun vətəndaşa məxsus avtomaşından 2 ədəd akkumulyator oğurladığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-araşdırmalar davam etdirilir.

Loading...

www.yenicag.az

182
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100