Reklam: High Technic
hightechnic

Yutubdan rəqiblərini geridə qoyacaq yenilik

Dünyanın ən nəhəng video proqramı Yutub digər sosial şəbəkələr üçün böyük rəqibə çevrilir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hal-hazırda mobil telefonlarda aktiv olan mesajlaşma funksiyası kompüterlərdə də istifadəyə veriləcək. Beləliklə, Quql hesabı ilə Yotuba girmiş hər bir istifadəçi dostlarına videolar göndərə və onlarla söhbətləşə biləcək.

Yutubun bu funksiyasından istifadə etmək istəyənlər saytın sağ tərəfində yuxarıda yerləşən “bildirişlər” bölməsinin yanına baxması kifayətdir.

Qeyd edək ki, bu gün aktivləşdirilən funksiya bir həftə içində bütün istifadəçilər üçün əlçatan olacaq.

www.yenicag.az

1953