Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Zabit Səmədov: “Ölkəmiz üçün böyük uğurdur"

Reklam: Sinerji Pro

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Atletiko” matçını izləyənlər arasında “Mauqli” ləqəbli məşhur kikboksçumuz Zabit Səmədov da var.

Yenicag.az xəbər verir ki, o, matçın fasiləsində jurnalistlərə açıqlama verib: “Doğrudan da bu, bir bayramdır. İnanıram ki, gələcəkdə avrokuboklarda belə gözəl oyunlarımız daha çox olacaq. “Qarabağ” isə bundan da gözəl nailiyyətlər əldə edəcək. Gözəl oyun gedir. İnanıram ki, qalib gələcəyik. Qalib gəlməsək də, ilk dəfədir belə turnirdə iştirak etməyimizin özü ölkəmiz üçün böyük uğurdur. İnanıram ki, “Qarabağ” qarşıdakı illərdə də belə uğurlu çıxışını davam etdirəcək”.

Səmədov yaxın dostu olan “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun karyerasını başa vurmağa hazırlaşmasına da münasibət bildirib: “Rəşadın böyük karyerası var. Bunun özü də bir uğurdur. Amma çox istərdim ki, o, yenə oynamağa davam etsin”.

Təcrübəli idmançı bildirib ki, “Qarabağ”a növbəti səfər oyunlarında dəstək vermək planları da var: “Bəli, belə istəyim var. “Roma” və “Atletiko” ilə səfər oyunlarına getmək və komandaya dəstək olmaq istəyirəm”.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2289
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM