Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Zülfiyyə: "Koronavirusa tutulasan, sevgilinlə..."

“Sevgi xoşbəxtlik hormonlarını artırır. Çox istərdim ki, koronaviruslu xəstə obrazını canlandırım və sevgi hekayəsi ilə insanlara güclü olmaq mesajını ötürüm. Əslində qorxunc, neqativ ötürən filmlərdənsə, yüksək əhval-ruhiyyə bəxş edən və insanlara ümid verən filmlərə ehtiyac var”.

Bu fikirləri Yenicag.az– açıqlamasında aktrisa Zülfiyyə Nəzər Məmmədova söyləyib.

Aktrisa insanlara ümid verib, onları ölümün caynağından alan ssenarilərin yazılmasını və ekranlaşdırılmasını arzulayıb:

“Əslində insanlara belə filmlərlə yüksək əhval təlqin etmək olar. Romantik çalarlarla filmin ssenarisinə rəng qatmaq olar. Məsələn, virusa tutulasan, görüşünə gələn sevgilinlə aranı kəsən şüşə məsafədən baxışasan. Fiziki təmas olmadan, gözlərlə dəlicəsinə bir sevgini ifadə etmək nə qədər gözəldir”.

O, maraqlı bir ssenari də düşündüyünü deyib:

“Oğlan virusa yoluxmuş sevgilisinə gül toxumu yollaya, ondan bu toxumun gül koluna çevrilməsini istəyə.

Qız da müalicə olunduğu dönəmdə o toxumu dibçəyə əkib, hər gün qulluq edə. Hər açılan səhərdə xəstəliyini yox, o gülü sevgilisinə bağışlayacağı günü düşünə.

Gül açmış dibçəklə sevgilisinin yanına qayıtmaq nə qədər təsirli olardı. İnsanlar bu filmə baxıb güclü olar və sübut olunar ki, bəli, sevgi ən dəhşətli virusa qalib gəlir. Qorxunc virusa yoluxmuş, sevginin gücü ilə sağalmış qız obrazında oynamağı çox istəyirəm”.

Cəvahir

www.yenicag.az

1096
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100