3 yaşlı körpə yatdığı beşikdə yandı

Müəllif: Redaktor

Editor

Ağstafada 3 yaşlı körpə yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir