Ağstafa sakini özünü güllələdi – Fotolar

Müəllif: Redaktor

Editor

Ağstafa rayon sakini ovda güllə yarası alıb.

Yenicag.az -a daxil olan məlumata görə, rayonun Kolayır kənd sakini 1984-cü il təvəllüdlü Kazımov Amil Arif oğlu sol ayağının aşağı hissəsinin güllə yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Ona dərhal tibbi yardım göstərib. Yaralının vəziyyətinin orta ağır kimi qiymətəndirilir.

Amil Kazımov ifadəsndə öncə çöldə tonqal qaladığını və tonqalda yaranan partlayış nəticəsində xəsarət aldığını deyib. Daha sonra isə Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarına ov zamanı ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəşdən ayağından yaralandığını bildirib.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır