!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aqua Park Shikhov" - bura insan sağlamlığı üçün təhlükəlidir!

!Reklam – Yazi

İstirahət üçün yollandığımız dəbdəbəli məkanlarda gördüyümüz mənzərə bəzən ürəyimizcə olmur.

Yenicag.az xəbər verir ki, bunlardan biri də Şıxovda yerləşən “Aqua Park Shikhov”dur.

Girişdə istirahət üçün müəyyən ödəniş tələb olunsa da, göstərilən xidmətlərin səviyyəsi çox aşağıdır. Bunu sözügedən istirahət mərkəzində olan vətəndaşlar deyir.

“Aqua Park Shikhov”un “facebook” səhifəsinin qiymətləndirmə bölməsinə yazılan şərhlərin yarıdan çoxu məhz mənfi xarakterlidir. Kimisi qiymətlərin baha olmasını, kimisi hovuzun çirkliliyini, antisanitariyanı, kimisi də buranın ailəvi istirahət məkanı olmadığını bildirir.

Sizi həmin qiymətləndirmələrlə tanış edirik:

Elvira Xanlayeva: “İndiyə qədər yaxşı idi. Amma bu qədər ağ etmək olmaz. Geyim otaqları bərbad gündədir. Hovuz zibil içindədir. Hələ utanmadan balaca “İce tea” üçün 5 manat tələb edirlər”.

Etiram Məmmədli: “Girişdə servisə görə pul ödəyirsən, amma hovuzun suyu çirklidir. Digər aqua parklarda dəsmal verilirsə, burada özünlə gətirməlisən. Əşyaların saxlandığı seyflərin bir çoxu yararsızdır. Ümumiyyətlə, natəmiz yerdir. Dayanacaq üçün əlavə 3 manat istəmələri isə mənasızdır”.

Şirin Məmmədzadə: “Ora artıq 3-cü dəfədir ki, gedirəm. Paltardəyişmə otağı bərbad, su isə bulanıq idi. Ancaq giriş pulu yığmağı bilirlər. Bura ailəvi getmək məsləhət deyil”.

Samir Məmmədov: “Hər şey od qiymətinədir. 20 manata heç yerdə pizza yoxdur. Adi suyu 3 manata verirlər”.

Xəyalə Allahyar: “Dəhşət! Giriş pulunu başa düşdük. Amma alınan ödənişə görə xidmət sıfırdır”.

İlmar Abdullayev: “Hovuz bərbad vəziyyətdədir. Su çox çirklidir. Hovuzun kafelləri qırılıb. Nəticədə əlimi, kürəyimi və ayağımı kəsmişəm. Burada üzmək insan sağlamlığı üçün çox təhlükəlidir”.

Təranə Ağayeva: “Duş və ayaqyolu qorxunc vəziyyətdədir”.

Natalia Kelo: “Yeməkləri bərbaddır, yağ içində üzür. Hovuzda kafel qopur, ayağlarımızı kəsir. Qiymətlər nə keyfiyyətə, nə də kəmiyyətə uyğunlaşmır”.

Yenicag.az

www.yenicag.az

2994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv