yenicag.az

“Azərfon”da Kent Maknili – Maks Fyodorov hegemoniyasının pərdəarxası – İşdə məcburi məhəbbət?

“Azərfon”da Kent Maknili – Maks Fyodorov hegemoniyasının pərdəarxası – İşdə məcburi məhəbbət?

Müəllif: Baş Redaktor

Baş Redaktor


narrr“Azərfon” MMC-də müəmmalı hadisələr baş verməkdədir. Bu barədə Azerinfo.org-a daxil olan məlumatda deyilir ki, ötən ilin sonlarından etibarən şirkətdə çalışmaq dözülməz hala çatmışdır. Yüzlərlə işçinin kütləvi şəkildə ixtisara məruz qaldığı MMC-də Əmək Məcəlləsinə və qanunvericiliyə məhəl qoyulmadığı vurğulanır.  

Başsiz ailələrin, tənha anaların gözünün yaşına baxılmadan şirkətdən atıldığından bəhs edən məktubda bəzi rəhbər işçilərin qohum-əqrabasının şirkətdə kef çəkdikləri vurğulanır.

Sıravi işçilərdən dəfələrlə çox maaş alan idarə, şöbə rəislərindən bir nəfər də ixtisar edilməyinin şikayət edildiyi məktubda bütün bunların səbəbkarı kimi Könül Kərimova göstərilir.

Şirkətin 20-30 min manat maaş alan əcnəbilərini hansısa maraq naminə qoruyan K.Kərimovanın öz vətəndaşlarımıza qan uddurduğu vurğulanır.

Qeyd olunur ki, şirkətin hesabına Bakının ən bahalı otel və mərkəzindəki evlərində yaşayan, bu azmış kimi övladlarının da adını şirkətə işçi olaraq, yazdırıb onlara şirkətdən maaş verdirən əcnəbilər və onların əmrə müntəzir əlaltıları (Könül Kərimova, Emil Məsimov və başqaları) xaricilərin işdə məhəbbət macəralarına da göz yumurlar.

Şikayətçilər bildirirlər ki, “ “Azərfon” şirkətinin baş direktoru Kent Maknili şirkətin hesabından özünün məsəhətçi kimi işlədiyi firmalara pullar köçürür. Şirkətin direktoru kimi aldığı maaşdan əlavə şirkətin məsləhət verəni kimi də şirkətdən özünə pullar ödəyir. Öz ölkələrinə ildə 2 dəfə təyyarə və otel xərclərini şirkət ödəməlidir. Qalan hallarda isə həmin pulu özləri ödəməlidirlər. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyət yazdırıb, pulunu şirkətə ödədirlər.

Bu azmış kimi, Kent Maknili və Maks Fyodorov Könül Kərimovanın da dəstəyi ilə “Azərfon” şirkətinin vəsaitini dolayısı ilə xaricdə özünə, yaxınlarına məxsus və dəfələrlə baha olan şirkətlərə axıdır.

Bundan başqa “Azerfon”un sabiq rəhbəri Yorgos Ioannidisin sayəsində Ermənistan şirkətləri ilə qurulan gizli əməkdaşlıq bu gün də davam edir.

O da qeyd olunur ki, Kent Maknili və Maks Fyodorov ləğv olunan MTN-in sabiq rəhbərlərinin dəstəyi ilə bəzi şirkət işçilərinin özəl bilgilərini ələ keçirib və bundan şantaj üçün istifadə ediblər. Xüsusilə, şirkətdə çalışan cazibədar xanımların bu “dəstək” ilə Kent Maknili və Maks Fyodorovun toruna düşməyə məcbur ediliblər.

Kent Maknilinin bu məsələdə xüsusi rolunun olduğu və hazırda şirkətin maliyyə işlərinə baxan bir xanımla eşq yaşadığı, fəqət digər xanım işçilərə də min bir oyun qurduğu söylənilir.

Şirkətlə bağlı yazılanlar bununla yekunlaşmır. Kent Maknili və Maks Fyodorovun Bakıdakı macəraları, vətəndaş nigahı, özəl günlərdəki partilərdə çıxardıqları oyunlar və digər məsələlər başqa yazının mövzusudur. /Azerinfo.org

Araşdırma, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti