Braziliyada həbsxanada qiyam: ölənlər var 

Braziliyada həbsxanada qiyam: ölənlər var 

Müəllif: resul

Editor

Braziliyanın Riu-Qrandi-du-Norti ştatındakı “Alkasus” həbsxanasında qiyam başlayıb və hazırda davam edir.

Yeniçağ.Az xəbər verir ki, iğtişaş zamanı 10 nəfər ölüb.

Hökumət orqanlarının yaydığı məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları həbsxananın giriş və çıxışını bağlayıblar.

Qeyd edək ki, həbsxanada qiyam naməlum şəxslərin həbsxanaya çöl divarından silah atmalarından sonra başlayıb. Sözügedən həbsxanada təqribən 1,2 min dustaq saxlanılır ki, bu da onun tutumundan iki dəfə çoxdur.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti