Cəlilabadda ağır yol qəzası – Fotolar

Cəlilabadda ağır yol qəzası – Fotolar

Müəllif: Redaktor

Baş Redaktor

Hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayon Alar Qarazəncir kəndindən keçən hissəsində baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, iki “vaz 21 06” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər rayon sakini Mətləb Zeynalov, Aşur Amanov, Zahid Həsənov, Təranə Niftiyeva , Hicran Həsənova və Nicat Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qalır. Qəzaya səbəb avtomobillərdən birinin idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti