www.sinerjipro.net

SinerjiProWide
Reklam

10559722_10153067941244637_5599296790499730748_nQarşıdan gələn parlament seçkiləri gəlir və digər qüvvələr kimi Fətullah Gülən Şəbəkəsi də aktiv şəkildə bu seçkidən pay götürmək niyyətindədir. Ötən parlament seçkilərində Ceyhun Osmanlı, Rəbiyyət Aslanova və digər bir neçə şəxsin mandat almasına nail olan şəbəkə bu dəfə keçən ilki rekordunu təzələmək istəyir.

Bunun çətin olduğunun onlar da fərqindədirlər. Belə ki, ötən seçkidən fərqli olaraq, bu dəfə Türkiyənin hakim partiyasının ortağı deyillər, tam əksinə qardaş ölkədə PKK ilə ittifaqdadırlar. Yəni, “Hizmət” gedib, yerinə “Terror” gəlib. Bu səbəbdən də gülənistlər bu dəfə Azərbaycanda fərqli xəttlərlə yenidən parlamentə düşmək istəyirlər. Bu dəfə “kasset şantajı”, qohum-əqraba , daha çox kürəkən faktorlarına üstünlük veriləcək.

Bir sıra vəzifəli şəxsin kürəkəni olan şəxslər Camaatın namizədləri olaraq seçkiyə qatılacaqlar. Bu namizədlər arasında icra başçısı və digər iriranqlı məmurların övladları da var. Eyni zamanda müxalif blokların namizədləri arasında da birbaşa Elnur Aslanova bağlı bir neçə QHT sədri də var.

Ancaq deşifrə olunduğu halda namizədliyini irəli sürəcək fətullahçılar da az deyil. Zamanında “Sadval”ın Nizamnaməsinə imza atdığı iddia olunan Rəbiyyət Aslanova ya özünün, ya da oğlunun mandat almasına çalışır. Belə ki, siyasi xadim hesab etdiyi oğlunun yenidən hakimiyyət pilləkənində yüksəlməsi üçün mandat sahibi olmasını vacib sayır. Əks halda mandatı özünün daşımalı olduğunu düşünür.

Fətullah Gülən Camaatından ayda 5 min manat maaş aldığı bildirilən Ceyhun Osmanlı isə keçən ildən fərqli olaraq, bu il mandat alacağına inamı böyükdür. Yenicag.az-a daxil olan məlumata görə, deputat artıq mandat qonaqlığını da verib.

Belə ki, deputatın yaxınlarının sözlərinə görə, I Avropa Oyunları zamanı Ceyhun Osmanlının və ətrafının məqsədli şəkildə ön plana çıxarılması mandat məsələsinin həllinə xidmət edirmiş. Plan baş tutub və Osmanlı adına görülən işlər “yuxarı”ya təmtəraqlı şəkildə təqdim olunub və özünün dediyinə görə, “təbrik olunub”.

Bu səbəbdən də, Ceyhun Osmanlının QHT və qrant biznesi, kağız üzərində “həyata keçirilən” lahiyələrlə dövlətin milyonlarını mənimsəməsi, dövlətin içinə fətullahçıların yerləşdirilməsinə birbaşa xidmət etməsi bu səbəbdən unutdurulmağa çalışılır. Bu gün Beynəlxalq Banka borcu olan sahibkarlardan hesab tələb olunduğu halda, dövlətin milyonlarını “vətən, millət” adı altında talayan Elnur Aslanov-Ceyhun Osmanlı ikilisindən soruşan yoxdur. Fərhad Məmmədovun rəhbərliyi ilə SAM-da silinən milyonları heç hesaba qatmırıq. Sadəcə, Ceyhun Osmanlı və Rauf Mərdiyev dönəmlərində həyata keçirilən lahiyələr və nəticələri araşdırılsa, nə qədər vəsaitin mənimsənildiyinin şahidi ola bilərlər. Lakin Türkiyədə Fətullah Gülən Terror Örgütü adlandırılan şəbəkə bütün bunların üzərindən xətt çəkdiyi kimi onu yenidən millət vəkili seçdirərək, həm Azərbaycan, həm də Paralelə qarşı savaş açan Әrdoğana gücünü göstərmək istəyir.

Maraqlıdır ki, bir neçə gün öncə sosial şəbəkələrdə Ceyhun Osmanlının fəaliyyəti müzakirə olunarkən, əksər sabirabadlılar öz deputatlarını tanımaqdıqları kimi, gənclər də onun fətullahçı-nurçu olduğunu bildirirdilər. Şərhlərin əksəriyyətində Ceyhun Osmanlının Gülənin əsas adamlarından biri olduğunu bildirirdilər. Atalar demişkən, Ceyhun Osmanlının fqtullahçı olduğunu Bağdaddako kor xəlifə də duydu, ancaq bir sıra məmurlarımız hələ də qəflət yuxusundan oyana bilmədilər. Bəlkə də oyanmaq istəmirlər…

Mövzuya qayıdacağıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 203
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."