Həmsədrləri yox, siyasəti dəyişmək lazımdır – Millət vəkili

Müəllif: Redaktor

Editor

“Həmsədrlərin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinə nə müsbət, nə də mənfi təsir göstərə bilməz. Ümumiyyətlə, bu amilin heç bir əhəmiyyəti yoxdur”.

Bu sözləri Yeniçağ.az-a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsinə Riçard Hoqlandın müvəqqəti olaraq təyin edilməsini və həmsədrlərin dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinə müsbət təsir göstərəcəyini şərh edərkən politoloq Eldar Namazov deyib.Eldar Namazov ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsini “nə cür çözmək olar? hansı çıxış yolu lazımdır?” kimi suallar artıq çoxdan müəyyən edilib:

“Bu da artıq bəlli plandır. Əslində, problemin həllinə mane olan başqa amillərdir. Vaxtı ilə bu məsələyə Rusiya mane olurdu, İndi isə Rusiyanın mövqeyində müəyyən dəyişikliklər baş verir. Rəsmi İrəvan isə münaqişəyə müqavimət göstərir. Problemin kökü də bundadır. O ki, qaldı Fransadan, Amerikadan, Rusiyadan həmsədrin kim olmasına, onun heç bir əhəmiyyəti və təsiri yoxdur. Hesab edirəm ki, həmsədrlərin dəyişdirilməsi Qarabağ münaqişəsinin həllini nə tezləşdirir, nə də ləngidir”.

Millət vəkili Aydın Mirzəzadə bildirir ki, həmsədrləri yox, siyasəti dəyişmək lazımdır:

“ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələri: ABŞ, Fransa, Rusiya Dağlıq Qarabağ məsələsinə öz prinsipial və beynəlxalq hüquq normalarına uyğun olan mövqelərini ortaya qoymalıdırlar. Aydın Mirzəzadə ile ilgili görsel sonucuErmənistandan birmənalı şəkildə Azərbaycan torpağının işğalını dayandırmağı tələb etmək lazımdır. Ermənistanın xaricdəki havadarlarına “Dur!” əmri verilməlidir. Təəssüf edirəm ki, həmsədrlər dəyişir, amma ortada heç bir nəticə yoxdur. Onların dəyişməsi texniki məsələdir, onlar öz-özlüyündə müstəqil qərar qəbul edə bilmir. O, hökumətinin ona verdiyi siyasi kursu həyata keçirir. Bu siyasi kurs da təəssüf ki, Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Prinsipcə onların işğalçılıq siyasəti beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Hətta həmsədrlərin verdikləri bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü müdafiə edilir. Ancaq bizə bəyanat yox, fəaliyyət lazımdır”.

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, həmsədrlərin dəyişməsi əsla Qarabağa müsbət təsir göstərmir, göstərməyəcək də:

“Məsələ ondadır ki, Minsk qrupunun həmsədrləri olan ölkələr bu vəzifəyə səfir rütbəsində olan diplomatları təyin edirlər. Səfir isə yalnız öz Xarici İşlər Nazirliyinin təlimatları əsasında və dövlətinin xarici siyasəti çərçivəsində fəaliyyət göstərə bilər. Həmsədrlər bəzən mətbuata açıq, bəzən isə qapalı olurlar. Bəzən də bəyanat və müsahibələr vermirlər. Zərdüşt Əlizadə ile ilgili görsel sonucuABŞ-ın xarici siyasəti dəyişməyib, onun xarici siyasətinin əlifbası var. Bu da ondan ibarətdir ki, dünyada qüdrətli və böyük dövlətlər olmamalıdır, çoxlu sayda balaca və etnik dövlətçiliklər olmalıdır. Onların istəyi bütün dünyada böyük və qüdrətli Türkiyə, İran və hətta Azərbaycan kimi çoxmillətli dövlətlərin dağılmasıdır. Və xırda dövlətçiliklərin yaranmasıdır. Çünki özlərinin milli maraqları var. Hamısı da Ermənistana dəstək verir. Həmsədrlər də bu siyasətin irqçiliyində ağını çıxarıb. Azərbaycana demirlər ki, “sən, işğal olunmuş ərazilərindən əl çək”. Deyirlər ki, “sən, gücündən istifadə etmə, birinci hissədə Ermənistan sənə qol vurub, amma sən ikinci hissədə oynama; gəl, onunla dil tap”. Ermənistana da maliyyə, siyasi-hərbi, diplomatik dəstək verirlər ki, geri çəkilməsinlər. “Dovşana qaç, tazıya tut”, deyirlər. Çünki Rusiyanın, Fransanın ABŞ-ın siyasəti eynidir. Əgər hökumət xalqa Qarabağı qaytarmaq istəyirsə, ağlını başına yığsın, səmərəli dövlət qursun, güclü ordu yaratsın və elə bir dövlət qursun ki, hamı həmin dövlətdə yaşamaq istəsin. Amma indiki kimi dövlət yox…”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır