“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb. Yenicag.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. Məsələ ilə bağlı […]
İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalında uğursuzluq yaşandı. Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree və İlkin Dövlətov finala çıxa bilmədi.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.
“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər şahidləri” adlı layihənin icrasına başlayıb.
9 May - Faşizm üzərində Qələbə Günündə paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Britaniya Ali Məhkəməsində onlarla qurban və onların qohumları tərəfindən məhkəməyə verilən dünyaca məşhur əczaçılıq şirkəti “AstraZeneca” məhkəmə qeydlərində koronavirus peyvəndinin "nadir, lakin təhlükəli yan təsirləri" olduğunu etiraf edərək, dünya üzrə bütün peyvəndlərini geri götürmək qərarına gəlib.