“Stalini əbədi lənətləyirəm” – Ramzan Kadırov

Müəllif: Redaktor

Editor

Çeçenistan lideri Ramzan Kadırov SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin dövründə çeçenlərin Qazaxıstan və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kadırov bu barədə Çeçen xalqının dövlətçiliyinin bərpası gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Stalin çeçen və digər xalqları uçuruma apardı. Mən onu əbədi lənətləyirəm!”, – Çeçenistan lideri 1944-cü il hadisələrini xatırlayaraq bildirib:

“Çeçenlərin əcdadları insanlığa sığmayan çətinliklərlə üzləşsələr də, cəsarət və dözümlülük göstəriblər”.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir