Reklam: High Technic
hightechnic

1178 nəfər müəllim oldu - Nəticələr açıqlandı

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1178 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər sentyabr ayının 12-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3×4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə ikinci tur həyata keçiriləcək. İkinci tura elektron sənəd qəbulu isə 14-15 sentyabr tarixlərində aparılacaq.

www.yenicag.az

1557