Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"ABŞ daha 257 milyardlıq Çin məhsulunun idxal rüsumunu artıra bilər" - Donald Tramp 

ABŞ prezidenti Donald Tramp Pekinin yanvarın 1-dən Çin mallarının idxalı üçün nəzərdə tutulan rüsumların 10 faizdən 25 faizə qədər artırılması ilə bağlı qərarı daha 257 milyard dəyərində məhsullara da şamil edə bilər.

Yenicg.az TASS-a istinadən xəbər verir ki, bunu Tramp bazar ertəsi “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

Nəşrin yazdığına görə, dövlət başçısı Pekinlə ticarət danışıqlarının nəticəsiz qalacağı təqdirdə, bu kimi vergilərin aid olmadığı bir qrup Çin mallarının idxalına rüsum təyin edəcəklərini bildirib.

“Biz razılığa gəlməsək, o zaman mən daha 257 milyard dollar əlavə edəcəyəm”, – deyə Tramp qeyd edib.

Vaşinqtonu razı salmağın yeganə yolunun isə, Çin hakimiyyətinin öz ölkəsini Birləşmiş Ştatlar tərəfindən rəqabət üçün açıq etməsi olduğu vurğulanıb.

Tramp həmçinin Çində yığılan “iPhone” telefon və noutbuklarına da vergi qoyula biləcəyini istisna etməyib:

“Ola bilər. Dərəcədən asılıdır. Mən 10 faiz dərəcəsi müəyyən edə biləcəyimi nəzərdə tuturam və insanlar buna asanlıqla qatlaşacaqlar”.

www.yenicag.az

11847
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100