Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-dan İrana JEST: Vaşinqton danışıqlara hazırdır

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsini özünümüdafiə hüququ ilə izah edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Diplomat məktubunda bildirib ki, ABŞ beynəlxalq sülh və təhlükəsizliyə gələcək təhdidlərin və ya İran tərəfdən vəziyyətin gərginləşdirilməsinin qarşısını almaq üçün heç bir ilkin şərt olmadan İranla ciddi danışıqlara başlamağa hazırdır.

Məktubda ölkələri özünümüdafiə üçün həyata keçirilən hərbi əməliyyatlar barədə Təhlükəsizlik Şurasına dərhal məlumat verməyi məcbur edən BMT Nizamnaməsinin 51-ci maddəsinə toxunulur.

“ABŞ personalını və maraqlarını qorumaq üçün lazım gələrsə, bölgədə əlavə tədbirlər görməyə hazırıq”, – agentlik sənədin mətnindən sitat gətirib.

www.yenicag.az

383
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100