!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İrana öz köməyini təklif etdi

!Reklam – Yazi

Əgər İran tərəfi xahiş etsə, ABŞ hakimiyyəti bu ölkəyə koronavirusla mübarizədə kömək göstərməyə hazırdır.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“İstəsək, şübhəsiz ki, İrana kömək etməyə hazırıq – lakin, onlar xahiş etdiyi təqdirdə”,- Tramp Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin Vaşinqton ətrafında keçirilən konfransında bildirib.

Qeyd edək ki, cümə günü ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonun koronavirusla mübarizədə İrana yardım təklif etdiklərini söyləmişdi. Dövlət Departamentinin məlumatına görə, müvafiq təklif İrana İsveçrə rəsmiləri vasitəsi ilə göndərilib.

Öz növbəsində İranın Xarici İşlər Nazirliyi Vaşinqtonun təklifini gülməli adlandırıb. “Ölkənin koronavirusa qarşı mübarizə aparmaq üçün dərman və gigiyena məhsullarına olan ehtiyacını təmin etmək üçün bir çox dövlətlə sıx əlaqədədirlər” deyə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv