Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

ABŞ müttəfiqlərini “ələyir”: Tramp Avropada yeni hərbi blok yaradır

“Amerika dünyaya öz yeni, həm də təhlükəli qaydalarını diqtə etməyə çalışır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri NATO-daxili prosesləri dəyərləndirən türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, ABŞ Rusiyaya qarşı yeni tərkib və keyfiyyətdə hərbi ittifaq yaratmaq niyyətindədir:
“ABŞ Avropada Polşa, Rumıniya, Macarıstan və Baltikyanı ölkələrin iştirakı ilə yeni hərbi blok yaratmağa cəhd göstərir. Vaşinqtonun 55-ci Münhen Təhlükəsizlik Konfransında irəli sürdüyü təkliflər reallıqdan uzaq olduğu və yeni risklərə yol açdığı üçün digər iştirakçılar tərəfindən dəstəklənmədi.

Bunun nəticəsində ABŞ-ın Avropadakı ənənəvi müttəfiqləri ilə münasibətlərinin pozulması və yeni tərəfdaşlarının meydana çıxması çox real görünür. O baxımdan deyə bilərik ki, Transatlantik blok artıq faktik olaraq dağılıb və ABŞ dünyaya öz yeni, həm də təhlükəli qaydalarını diqtə etməyə çalışır.

Aydın görünür ki, ABŞ Avropada Polşa, Rumıniya, Macarıstan və Baltikyanı ölkələrin iştirakı ilə yeni hərbi blok yaradaraq, başda Almaniya olmaqla, əsas müttəfiqlərini kənarda saxlamaq xətti götürüb.

Vaşinqtonda belə hesab edirlər ki, Avropa İttifaqı Rusiyanın qarşısını almaq iqtidarında deyil. Hətta belə düşünürlər ki, Almaniya Rusiya ilə geniş məxfi əməkdaşlıq edərək, təsir dairəsini genişləndirməkdədir”.

A.Zeynalov

www.yenicag.az

2194
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM