Reklam

Reklam

ABŞ Suriyadan qeyri-qanuni neft kəməri vasitəsilə gündə 17 min barel neft oğurlayır.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ABŞ-PKK ittifaqı Haseke-Rimelan bölgəsinə aid 4-cü Süveydiyyə neft yatağından gündə 17 min barel neft oğurlayır. Bu ehtiyatlar Aniko neft yatağına nəql edir. Qeyri-qanuni boru xətti ilə ayda 10 milyon dollarlıq neft oğurlayan ABŞ əldə etdiyi bu gəliri PKK ilə bölüşdürür. 2014-cü ildə başlayan neft qaçaqmalçılığına Əsəd rejimi də göz yumur. Peşmərgənin nəzarəti altındakı bölgələrdə toplanan qaçaq neft Ərbildə yerləşən Qərb şirkətləri vasitəsilə xaricə ixrac edilir.

Bu neft kəməri 1991-ci ildə Səddam Hüseynin dövründə inşa olunub. Səddam bununla da, İraqa tətbiq edilən embarqonun təsirini azaltmağa çalışıb. Səddam Hüseyn və Hafiz Əsəd arasında bağlanan gizli saziş ilə İraqdan Suriyaya neft daşıyan boru xətti ABŞ bombardmanı ilə sıradan çıxıb. Ancaq İŞİD bəhanəsi ilə 2014-cü ildə yenidən Yaxın Şərqə girən ABŞ yaranan əlverişli vəziyyətdən istifadə edərək, İraq-Suriya arasındakı bu kəməri yenidən bərpa edib. ABŞ-PKK əməkdaşlığı ilə oğurlanan Suriya nefti barel başına 60% endirimlə satılıb. İndiyə qədər ABŞ və PKK illeqal yolla 500 milyon dollardan çox gəlir əldə edib.

Suriya və İraq ərazisində gizli neft kəmərini qoruma vəzifəsi isə PKK-nın üzərinə düşür. 150-dən çox terrorçunun qoruduğu neft xəttindən əldə olunan gəlirin yarısı məhz buna görə PKK-ya çatır.

Qeyd edək ki, Əsəd rejiminin tərəfdarı suriyalı iş adamı Hüsam Katırcı ABŞ-ın gizli neft ticarətinin 3 ildir davam etdiyini etiraf edib. Həmçinin, PYD-nin sabiq sözcüsü Təlal Silo da bu məlumatı təsdiqləyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2165
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."