Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Adil Qeybulla: "Karantinin kütləvi pozulması yoluxma sürətinə təkan verəcək"

“Keçirilən aksiyalarda nə məsafə qorundu, nə maskalardan istifadə olundu, bu da virusa yoluxma potensialını artıracaq. Karantin qaydalarının kütləvi pozulması yoluxma sürətinə təkan verəcək”. 

Bu sözləri Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru Adil Qeybulla iyulun 15-də paytaxt Bakıda və bu gün Sumqayıtda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağından narahatlığını ifadə edərkən deyib.

A.Qeybulla onu da bildirib ki, hələ birinci dalğa stabilləşməyib, davam edir:

“Yay fəsli olduğundan insanların evdə qalması mümkün deyil. Buna görə də təklif edirik ki, daha çox karantin davranışlarına riyaət olunsun, nəinki, “Evdə qal” kanpaniyasına.

Çünki, kütləvi pozuntular oldu.

Müxtəlif yollarla bölgələrə gedənlər var, binaların həyətində oturub domino oynayırlar, bəzi restoranlar gizlin yolla fəaliyyət göstərir. Əslində karantinin məqsədi insanların ünsiyyətini məhdudlaşdırmaqdır.

Bəziləri hesab edir ki, yoluxmanın birinci dalğası başa çatıb, belə deyil. Hələ birinci dalğa stabilləşməyib, davam edir, sönməyib”.

Cəvahir

www.yenicag.az

257
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100