!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə evi tərk edən 11 koronavirus xəstəsi müəyyən edildi

!Reklam – Yazi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Ağcabədi RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv