!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil ilə daş daşı, alimə də ver aşı - Aqil Bəkir yazır

!Reklam – Yazi

Aqil Abbasın təklifi

Milli Məclisin dünənki iclasında millət vəkili Aqil Abbasın tələbələrin könüllü şəkildə işğaldan azad edilmiş ərazilərdə işə cəlb edilmələri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə obyektinə çevrilib. Adaşımı tənqid də edirlər, ağıza alınmayacaq sözlər də deyirlər.

Bəs, görəsən, bu təhqir edənlərdən neçəsi onun çıxışına qulaq asıb? Neçəsi “söyüş kütləsi”nin “tırka”sına getməyib, “Görüm məsələnin mahiyyəti nədir?” – deyə düşünüb? Bilmirəm. Ancaq görünən odur ki, çox az insan çıxışı izləyib və Aqil Abbasın “sözünün canı”nı tam dərk edib.

Əvvəla, aydınlaşdıraq ki, Aqil Abbas könüllü dedikdə heç bir qonorar almadan çalışmağı yox, istəkli şəkildə prosesə qoşulmağı və bunun qarşılığında əməkhaqqı almağı nəzərdə tutur. “Maaş almalıdırlar” ifadəsi bunu tam təsdiq edir. Bir az da açsaq, Aqil Abbas deyir ki, tələbələr tətillərini boş-bikar gəzməkdənsə, əməyinin qarşılığını almaq şərtilə gedib Qarabağda çalışa bilər. Bundan təbii nə var ki?

Könüllülük məsələsinin hər kəsin bildiyi könüllülük anlayışı üzərindən dəyərləndirilib toplumu yanıltmaq istəyənlərin əksəriyyəti də hamıya bəlli olan “könüllü”lərdir. Yəni hansısa oyunlarda, keçirilən idman yarışlarında könüllü şəkildə xidmət edənlər. İndi bu kəsim cumub Aqil Abbasın üzərinə ki, bəs sən yanlışsan, səhv deyirsən, lap belə təhqirə də layiqsən.

Tutalım, Aqil Abbas elə bu mənada deyib o sözləri, yenə də burada qəbahət bir şey görmürəm. Könüllü adı altında universitetdə dərsdən yayınanda, imtahanlardan əla qiymət alanda yaxşı idi, gedib Qarabağın bərpasında iştirak edəndə pis? Anlamıram, vallah. Gənclər də, deyəsən, ancaq “mənafe” üçün “çalışır”, özlərini əziyyətə salmaq istəmirlər.

Dilən, professor, utanma, dilən

“AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən sözügedən müəssisənin əməkdaşlarına ərzaq yardımı edilib”.

Xəbəri oxuyub bir az duruxsundum. Yardım, ərzaq, alim…

Əslində, bu xəbər elmi mühitdəki durumu bütün çılpaqlığı ilə aydınlaşdırır. Yeni illə bağlı alimlərə ərzaq yardımı ediblərmiş. Pay atonnan!

Aldığı maaşla bu aydan o biri aya güc-bəla ilə çıxan alimlərin əməkhaqqlarını artırmaqdansa, ilin sonunda bir qutu ərzaq yardımı etmək… nə bilim, bu, elm insanlarını alçaltmaqdır.

Keçim qayğısı ilə yaşayan alimlər elmə hansı töhfə verə bilər? Heç bir! Sonra da azərbaycanlı alimlərin elmi kəşflərə imza atmadığını söyləyirlər. Buna heç kimin haqqı yoxdur!

Alim nə etməlidir? Aldığı qəpik-quruşla kitab da çıxarmalıdır, məqalə də yazmalıdır, qiyməti dollarla ölçülən “impakt faktorlu” deyilən mərədlərə yazı göndərməlidir, hələ üstəlik, universitetə-filan hesabat da verməlidir ki, neçə məqaləsi, kitabı, yazısı çıxıb…

Allah eşqinə, indi deyin, belə bir şəraitdə hansı keyfiyyətli təhsildən və elmdən söhbət gedə bilər?!

Elm insanları çətin vəziyyətdə yaşayan ölkənin işıqlı gələcəyindən necə danışmaq olar?

O xəbəri oxuyanda ürəyim yandı. Bəs alimə aş verdim təfəkküründə olanlar, görəsən, heç utandılarmı? Zənn etmirəm!

Utanım yerinizə.

Famil Mehdi gözəl deyib:

Dilən, professor, utanma, dilən
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın,
Qırılan ağac yox,tufan utansın,
Vurulan turac yox, vuran utansın.

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv