Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aqrar sektora KARANTİN ZƏRBƏSİ: “Zərərin həcmini müəyyənləşdirmək hələlik çətindir” - İqtisadçı

“Karantin məhdudiyyətləri bitəndən sonra aqrar sahədəki mövcud problemlər daha qabarıq görünəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövrünün kənd təsərrüfatı sahəsinə neqativ təsirlərinə toxunan iqtisadçı Pərviz Heydərov deyib.

İqtisadçı hesab edir ki, mövcud şəraitdə karantin məhdudiyyətləri daha çox xırda istehsal, tədarük və istehlak bazarında ciddi nöqsanları üzə çıxarıb:

“Pandemiya dövrünün neqativ təsirləri iqtisadiyyatın bir çox sahələrində vəziyyəti xeyli kəskinləşdirib. Belə ki, hökumətin tətbiq etdiyi karantin rejimi ilə əlaqədar bir sıra iqtisadi fəaliyyət sahələri öz işini məcburi dayandırmalı olub.

Nəticədə iqtisadiyyatın bütün sektorlarında ciddi problemlər yaşanıb. Pandemiya dövrünün aqrar sahəyə vurduğu mənfi təsirlərin miqyasını hələlik müəyyənləşdirmək çətindir. Karantin məhdudiyyətləri tamamilə aradan qaldırılandan sonra kənd təsərrüfatı sahəsində mövcud problemlər daha qabarıq şəkildə görünəcək”.

Gülşən Şərif

www.yenicag.az

3656
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100