!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç qurumun koronavirus açıqlamasına SƏRT REAKSİYA: "Hakimiyyətdəki bəzi qrupların maddi gəlirləri..."

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi koronavirusla bağlı birgə məlumat yayaraq Azərbaycanda yoluxma hallarının sayındakı artımın 48 faiz təşkil etdiyini və yoluxma dinamikasının intensivləşəciyi təqdirdə, müvafiq addımların atılması məsələsinə baxıla biləcəyini açıqlayıb.

Səhiyyə qurumlarının bu açıqlaması ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Sərhədlərin hələ də bağlı qalması fonunda üç qurumun yaydığı məlumata münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında bildirib ki, ard-arda atılan bu cür addımlar kimlərinsə qazanc əldə etməsi üçün münasib şəraitin yaradılması məqsədi güdür:

“Son zamanlar dünyada koronavirusa yoluxma sayı artır. Bu, faktdır. Amma burada bir məsələ var. Yoluxanlar “Omikron” ştamına yoluxurlar. “Omikron” daha sürətlə yayılsa da, əvvəlki variantlarla müqayisədə daha az təhlükəlidir. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin əksəriyyəti 3 doza vaksin olunub, bu zaman hazırkı durumu əvvəlki vəziyyətlə müqayisə etmək uğurlu deyil.

Dünyada da yoluxma var, ancaq hansı ölkədə qapanma qərarı qəbul edilib? Düşünürəm ki, məlum informasiyalar, sərhədlərin açılmaması – bütün bunlar kimlərinsə qazanması üçün şərait yaratmaqdır. Üç qurumun yaydığı bəyanat hakimiyyətdə daha güclü iqtisadi rıçaqlara malik olan qrupların maddi gəlirlərinin artmasına hesablanmış addımdır. Bu, sərhədlərin açılmaması üçün antitez kimi deyilir”.

Aqil Bəkir

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv