Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AQTA: Heyvan mənşəli qida məhsullarında antibiotik təhlükəsi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, eləcə də ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə dair məlumatlar oxucuların diqqətinə çatdırılır.

Agentlikdən Yenicag.az-a verilən məlumata əsasən, budəfəki maarifləndirici mövzu isə “Heyvan mənşəli qida məhsullarında antibiotik təhlükəsi” haqqındadır.

Heyvandarlıq məhsullarının ərzaq təminatında rolu böyükdür. Mal-qaranın infeksion, invazion və başqa xəstəliklərinin müalicə və profilaktikası, eləcə də çəki artımı (“boy stimulyatoru” kimi) məqsədilə antibiotiklərdən istifadə olunur. Antibiotiklər qida sənayesinin bir çox sahələrində də işlədilir. Balıq və bitki konservlərinin hazırlanmasında, həmçinin süd məhsulları (xama, qatıq, yoqurt, pendir və s.), pivə və şərab, kolbasa, çörək və şirniyyat məmulatlarının istehsalında məhsulun yararlılıq müddətinin uzadılması məqsədilə istifadə olunur. Eləcə də, ərzaq məhsullarının qablaşdırma materiallarında “qoruyucu təbəqə” kimi çox işlədilir.

Antibiotiklərin səmərəli istifadəsi təhlükəsiz qida istehsalında vacib şərtdir. Hazırda dünyada qida məhsullarının təhlükəsizlik göstəricilərinə görə qiymətləndirilməsində antibiotiklərlə çirklənməyə daha çox önəm verilir.

Antibiotiklərin geniş tətbiqi gündəlik tələbatımızda qəbul etdiyimiz qida məhsulları ilə orqanizmimizin immun sistemini zəiflədir, həmçinin allergiya, anafilaktik şok, hemostatik təsir və anemiya, mutagen və kanserogen təsir və s. kimi fəsadlar törədir.

Antibiotiklərin müalicə və profilaktikada, yemləmədə uzun müddət istifadəsi patogen və şərti patogen mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılığın (rezistentliyin) artmasına, antibiotiklərə qarşı davamlı yeni bakteriya növlərinin meydana gəlməsinə, müalicənin səmərəsiz olmasına, çarpaz rezistentliyin və polirezistentliyin yaranmasına səbəb olur. Bu halların qarşısını almaq üçün qida sənayesində və heyvandarlıqda antibiotiklərin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Heyvandarlıqda antibiotiklərin kortəbii və geniş istifadəsi onların ət və ət məhsullarında, süd və süd məhsullarında, yumurtada, balda, kürüdə və s. məhsullarda müəyyən miqdarda toplanmasına səbəb olur. Balıq məhsullarında preparatın toplanmasının əsas səbəblərindən biri də antibiotiklərin istifadəsi zamanı suyun temperaturunun tənzimlənməməsidir. Heyvan mənşəli qida məhsullarının antibiotiklərlə çirklənmə təhlükəsini azaltmaq məqsədilə antibiotiklərin mütəxəssislərlə məsləhətləşməklə, təyinata uyğun, düzgün seçilmiş doza və müddət ərzində istifadəsi vacibdir.

www.yenicag.az

389
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100