Bu gün Azərbaycan Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, Qurban Qurbanov aparıcı futbolçusu Donald Geryenin xidmətindən məhrum olub.
Belə ki, matçın 33-cü dəqiqəsində zədələnən və bu səbəbdən oyunu davam etdirə bilməyən haitili yarımmüdafiəçi 36-cı dəqiqədə Ansi Aqolli ilə əvəzlənib.
Onun Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda “Arsenal”a qarşı oynayıb-oyanamaycağı sual altındadır.