Reklam: High Technic
hightechnic

Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq - AZƏRBAYCANDA

“Modenis” şirkətinin “eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

Yenicag.az xəbər verir ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:

“Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu “eManat” terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq”. (Trend)

www.yenicag.az

2094