Azərbaycan hərbi gəmiləri tam hazır vəziyyətə gətirildi – Yenicag.Az

Reklam

Reklam

Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb.

Yenicag.az-ın məlumatına görə, bunu yarışlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib.

Sübhan Bəkirov deyib ki, “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Rusiya Hərbi Dəniz Donanmasının “Dəniz Kuboku-2018” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov yarışların keçirilməsi üçün yaradılan yüksək səviyyəli şəraitə görə təşəkkürünü bildirib: “Rusiya komandası üçün budəfəki yarışda çox əhəmiyyətlidir. Hər kəsə uğurlar arzulayıram”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şaxram Həbibi yarışlara hazırlığın yüksək səviyyədə olduğunu bildiriblər.

Bundan əlavə, mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib. Müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara jurnalistlərin iştirakı ilə baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib və suallar cavablandırılıb./Trend/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3329
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."