!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan siyasətçiləri “kürd referendumu”nu izləyirlərmi?

!Reklam – Yazi

İraqın şimalındakı kürd muxtariyyatında bu gün keçirilən “müstəqillik referendumu” Azərbaycanda da diqqət mərkəzindədir.

Yenicag.az ölkə siyasətçilərinin “kürd referendumu”nu hansı səviyyədə izlədiyini müəyyənləşdirməyə çalışıb.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:“Referendumun gedişatını izləmirəm və nəticələri də gözləmirəm – buna heç bir ehtiyac görmürəm.
Çox təəssüf ki, dünya bu gün keçirilən referendumun hansı ağır nəticələrə aparıb çıxaracağını görmək istəmir.
Eyni zamanda, açıq deməliyik ki, bu referendum mahiyyət etibarilə anti-İslam, anti-Türk xarakterli bir aksiyadır.
Nə qədər gec deyil, bu gedişata son qoyulmalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

“Bu gün erkən saatlardan etibarən, referendum prosesini Türkiyənin və Qərb ölkələrinin müxtəlif kanalları vasitəsilə izləyirəm. Reallığa baxsaq, bu referendum Yaxın Şərq regionunda tarazlığın pozulmasına hesablanmış təxribatçı bir aksiyadır. Referendum çərçivəsində diqqətçəkən əsas məqam Türkiyə ilə İranın öz dövlət maraqlarını qorumaq üçün anlaşmaları, birgə addımlarını razılaşdırmalarıdır.

O baxımdan, düşünmək olar ki, bu referendumun ideya müəlliflərinin öz məqsədlərinə çatmaq imkanları olduqca aşağıdır”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə:

“Yox, referendumu ardıcıl izləmək imkanım yoxdur. Referendumdan sonra regioanda cərəyan edən hadisələr haqqında danışmaq üçün nəticələri gözləməyə ehtiyac var”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Referendumu izləmirəm, buna ehtuyac yoxdur. Həmçinin, referendumun nəticələri də heç bir əhəmiyyət daşımır.
Bilirsiz ki, o referendum yəhudilərin açıq dəstəyi ilə keçirilir və məqsəd bölgədə İsrailin maraqlarına xidmət edən yeni dövlətin yaradılmasıdır.

Ancaq tam ciddiliyi ilə nəzərə alınmalıdır ki, bu referendum onsuz da gərgin olan beynəlxalq vəziyyəti daha da gərginləşdirəcək.

Digər tərəfdən, referendumdan sonra dünyanın bir sıra ölkələrində separatizm meyilləri daha da güclənəcək”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa:

“Referendumu izləməyin heç bir əhəmiyyəti yoxdur. Açıq görünən budur ki, həmin referendum bölgədə vəziyyəti daha da gərginləşdirəcək.

Böyük ehtimalla, Türkiyə və İran öz maraqlarını qorumaq üçün İraqın şimalına ordu yeridəcək”.

Qeyd edək ki, İraqın şimalındakı kürd muxtariyyatında keçirilən referendum bölgə dövlətlərinin diqqət mərkəzindədir.

Kürdlərin ABŞ və İsrailin dəstəyi ilə keçirtdikləri bu provokasion aksiya Yaxın Şərqin əsas dövlətlərini preventiv addımlara sövq edib.

Bu çərçivədə xüsusi fəallıqları ilə seçilən Türkiyə və İran artıq İraq ərazisinə ordu yeritməyə hazır vəziyyətdədir.

Bu referendumu Azərbaycan üçün əhəmiyyətli edən əsas məqamlar isə milyonlarla soydaşımızın yaşadığı Kərkük bölgəsinin, o cümlədən Naxçıvanın bir hissəsinin “müstəqil Kürdüstan”ın hüdudlarına daxil “edilməsidir. Başqa sözlə desək, bu, Azərbaycanın erməni separatizminin nəticəsini aradan qaldırmadan, kürdlərin ərazi iddiaları ilə üzləşməsi anlamına gəlir.

A. Zeynalov

www.yenicag.az

1483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv