!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan yığması Uelsə məğlub oldu

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan millisi “AVRO-2020″nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edib. “Bakcell Arena”da baş tutacaq matç saat 21.00-da start götürüb.

Beş komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşıb və final mərhələsinə yüksəlmə şanslarını itirib. Qalan 4 komandanın isə mərhələ şansları qalır.

Uels millisi qrupda ilk 2 yerdən birini tutmaq üçün əvvəlcə Bakıda Azərbaycan yığmasını, 3 gün sonra isə Kardiff şəhərində Macarıstanı yenməlidir. Üstəlik, 10 xalla 3-cü sırada olan Slovakiya Xorvatiya ilə səfər, Azərbaycanla ev qarşılaşmalarında ən azı 1-də xal itirməlidir.

Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniya “Albasete”sindən dəvət olunmasında texniki problem yarandığı üçün Eddi İsrafilov Uelslə görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdən çıxarılıb.

Uels millisində isə qapıçı Denni Uord və müdafiəçi Nil Teylor şəxsi işləri, hücumçu Tom Lourens xəstələnməsi səbəbindən Bakıya səfər edəcək heyətdən çıxarılıb. Əvəzində Aaron Remzi cari seçmə tsiklə ilk dəfə yığmanın düşərgəsində yer alıb. Qaret Beyl də zədəsini bərpa etdiyi müddətdə İspaniya “Real Madrid”ində forma geyinmədiyi halda, millinin toplanışına qatılıb.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də – 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb – 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb.

AVRO-2020
Seçmə mərhələ
E qrupu

16 noyabr
21.00 Azərbaycan – Uels 0:2 (İKİNCİ HİSSƏ)
Qollar: Kifer Moore, 10, Harri Uilson, 34

Azərbaycan: Emil Balayev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Pavel Paşayev, Riçard Almeyda, Qara Qarayev (k), Şəhriyar Rəhimov, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Mehdi Cənnətov, Emin Mahmudov, Vüsal İsgəndərli, Ağabala Ramazanov, Elvin Camalov, Şəhriyar Əliyev, Abbas Hüseynov, Renat Dadaşov, Təmkin Xəlilzadə, Cavid Hüseynov

Uels: Ueyn Hennessi, Ben Deyvis, Kris Mefam, Harri Uilson, Qaret Beyl (k), Kiffer Mur, Konnor Roberts, Ethan Ampadu, Tom Lokyer, Joe Morrell, Daniel Ceyms

Ehtiyat oyunçular: Adam Deyvis, Tom King, Kris Qunter, Ceyms Lavrens, Aşley Villiams, Mettyu Smith, Sam Vokes, Aaron Remzi, Dylan Levitt, Tuler Roberts, Rabbi Marondo, Uill Vaulks

Hakimlər: Deniz Aytekin, Eduard Beytinger, Rafael Foltın, Kristian Dingert (Almaniya).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Mark Bos (Niderland).
Bakı. “Bakcell Arena”.

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv