Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda sabiq rektor vəfat etdi

Azərbaycan Milli Aviasiya Akademiyasının sabiq rektoru, professor İlyas Musa oğlu Əliyev vəfat edib. Yenicag.az Report-a istinadən xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib.

İ.Əliyev son illər “Təfəkkür” universitetinin Nəqliyyat və tətbiqi mexanika kafedrasının müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Əliyev 1943-cü il iyunun 1-də Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil alıb. 1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1993-cü ildən fizika-riyaziyyat elmləri doktorudur. 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fizika” İnstitutunda mühəndis qrupu rəhbəri, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” laboratoriya və şöbə müdiri vəzifələrində işləyib. Dörd ildən çox “Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin” xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışıb.

1985-1992-ci illərində “Kosmik tədqiqatlar elmi istehsalat birliyi”nin, “Təcrübə sınaq” zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, “Kosmik tədqiqatlar elmi istehsalat birliyi”ndə baş mühəndis vəzifələrində işləyib. 1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olub.

2000-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləyib.

70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.

Yenicag.az

www.yenicag.az

763
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100