Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanlı futbolçu öldü: "Ona futbol oynamaq olmazdı"

Reklam: High Technic

Futbol üzrə Azərbaycanın I divizionunda çıxış edən “Göyəzən”in sabiq futbolçusu Qoşqar Sarıyev ölüb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı veteran futbolçu ürəktutması nəticəsində vəfat edib.

Karyerası ərzində yalnız “Göyəzən”də çıxış edən və 2015-ci ildə peşəkar futbolla vidalaşan Sarıyev həvəskar formada futzalla məşğul olurmuş.

Bu barədə məlumatı saytımıza açıqlamasında “Göyəzən”in sabiq futbolçusu Şahin Kərimov verib. Onun sözlərinə görə, Qoşqara futbol oynamaq olmazmış:

“Mən Qoşqardan daha əvvəllər oynamışam. Karyerasını iki il əvvəl başa vurmuşdu. Amma bildiyim qədəri ilə Qazax Olimpiya Kompleksində uşaqlarla yığışıb futzal oynayırdılar. Halbuki ona oynamaq olmazdı. Çünki ürəyində problem var idi. Son olaraq Ağstafada 28 May Respublika Gününə həsr olunmuş turnirdə iştirak etmişdi”.

Emin

Yenicag.az

 

www.yenicag.az

629
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100