Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bakıda “Barselona”nın 120 yaşı qeyd edildi - FOTOLAR

Reklam: High Technic

Bu gün – noyabrın 29-da “Barselona” futbol klubunun 120 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, 1899-cu ildə Xuan Qamperin başçılığı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub Kataloniya mədəniyyətinə və simvoluna çevrilib, məhz buna görə klubun devizi “Més que un club” (“Bir klubdan daha artıq”) oldu.

“Barselona” futbol klubu dünyada həm də öz futbol məktəbiylə məşhurdur. “La Masia” adlanan bu məktəb dünyaya Puyol, Xavi, İnyesta, Messi, Pike kimi futbolçular bəxş edib.

Bu gün həm də “Barselona”nın Azərbaycandakı rəsmi fanklubunun da yaranması günüdür. 9 il öncə, 2010-cu ilin 29 noyabrında Azərbaycanda bir neçə azarkeş fanklubu yaradıb. Hazırda fanklubun yüzlərlə üzvü var. “Penya Barselonista Baku” adlanan rəsmi fanklub yeni ideyalarla azarkeşlərin önünə çıxır.
“Barselona”nın Azərbaycanda olan azarkeşləri həm klubun yubileyi, həm də fanklubun yaranmasıyla bağlı silsilə tədbirlər keçirib.

Fotoları təqdim edirik:

www.yenicag.az

747
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100