!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda polis leytenantı bıçaqlanıb

!Reklam – Yazi

Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.

Yenicag.az xəbər verir ki, hadisə Nihat kafesində baş verib.

Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Verilən məlumata görə, yaralılardan S.İsgəndərli Nizami RPİ-də polis leytenantı kimi fəaliyyət göstərir. (Report)

www.yenicag.az

6502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv