!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açdı: 6 yaşlı qız gözünü itirdi

!Reklam – Yazi

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

Yenicag.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib./Report/

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv