!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda saxta diplom satan şəxs tutuldu

!Reklam – Yazi

Bakıda saxta diplom blanklarını satan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5.000 manata satarkən tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yenicag.az

www.yenicag.az

891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv