Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Baş prokuror istefa verdi

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefaya gedib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bəyanat da dərc olunub.

İstefaya Tiflis şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı bu gün verdiyi qərarın yaratdığı narazılıq səbəb olub. Məhkəmə iki yeniyetmənin qətlində təqsirləndirilən şəxsləri qismən təqsirli bilib. Məhkəmə qərarına etiraz olaraq, Baş prokurorluğun binası qarşısında Şotadzenin istefası tələb olunub.

Şotadze bu gün günorta keçirdiyi brifinqdə məhkəmə qərarı ilə razı olmadığını bildirib. O, yeniyetmələrin qətli ilə bağlı istintaqa xarici mütəxəssislərin cəlb olunacağını deyib.

Şotadze 2015-ci ilin noyabrından Gürcüstanın baş prokuroru idi.

www.yenicag.az

966
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM