Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Berlindən Vaşinqtona açıq çağırış: Almaniyanın “Avropa Ordusu” ideyası ciddiləşir

Almaniya Avropa federalistlərinin vahid ordu yaratmaq təşəbbüsünün bayraqdarına çevrilir.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropanın aparıcı ölkələrinin ABŞ-ın qitədəki təsir imkanlarını zəiflətmək üçün irəli sürdükləri vahid ordu ideyasının reallaşması istiqamətində ilk addımlar atılır.

Məlumata görə, Avropanın ən güclü iqtisadiyyatı olan Almaniya qitənin vahid ordusu məsələsində təşəbbüsü öz üzərinə götürüb. “Foreign Policy” nəşrinin yazdığına əsasən, bu ilin fevralında iki yaxın müttəfiqi olan Çexiya və Rumıniya ilə hərbi inteqrasiyaya dair saziş imzalayan Almaniya Avropa Ordusu quruculuğu istiqamətində səssiz-səmirsiz irəliləməkdədir.

Qeyd olunan anlaşmada Çexiya və Rumıniya silahlı qüvvələrinin bütünlüklə Bundesverin (Almaniya ordusu) tərkibinə daxil edilməsi nəzərdə tutulmur. Lakin Rumıniyanın 81-ci mexanikləşdirilmiş diviziyası ilə Çexiyanın ən hazırlıqlı hərbi birləşməsi olan 4-cü Çevik Hərəkət diviziyası Almaniya ordusunun 10-cu zirehli diviziyasının tərkibinə daxil ediləcək. Bununla da Almaniya ordusuna inteqrasiya edən Avropa ölkələrinin sayı 3-ə çatacaq: Hollandiya, Çexiya və Rumıniya.

Münhendəki “Bundeswehr” Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Karlo Masalanın fikrincə, Almaniya hökuməti bu addımları ilə Avropa ordusu yaratmaq niyyətinin ciddiliyini nümayiş etdirir.

Maraqlıdır ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunke Avropa ordusu ideyası haqqında susmağa daha çox üstünlük verir. Vahid ordu təşəbbüsünün əsas əleyhdarı olan Böyük Britaniya isə İttifaqdan çıxsa da bu məsələdə öz mövqeyini dəyişməyib.

Almaniyanın “Çərçivə ölkələr konsepsiyası” adını verdiyi hərbi inteqrasiyanın uzaqmənzilli strategiyaya əsaslandığı bildirilir. İddialara əsasən, inteqrasiya adı altında Bundesverin nəzdində “mini-ordular şəbəkəsi”nin formalaşdırılması nəzərdə tutulur.

Yenicag.Az

www.yenicag.az

603
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100