Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir uşağı iki qadın dünyaya gətirdi - Dünyada ilk

Bir uşağı iki qadın dünyaya gətirib.

Yenicag.az xəbər verir ki, tibb sahəsində ilk olan hadisə ABŞ-ın Texas ştatında baş verib.

Belə ki, Aşleyt və Bliss adlı lezbiyan cütlük süni mayalanma ilə övlad dünyaya gətirmək qərarına gəliblər.

Nəticədə adıçəkilən qadınlar bioloji olaraq hazırda 5 aylıq olan Stetson adlı oğullarını qarınlarında gəzdiriblər.

Bu, Effortless Reciprocal In Vitro Fertilization (İki tərəfli zəhmətsiz hamiləlik) üsulu ilə mümkün olub.

Normal olaraq bir donardan alınan sperma sayəsində qadınlardan biri hamilə qalır. Bliss isə öz bioloji övladının olmasını istəsə də, hamilə qalmaq arzusunda olmayıb.

Doğuş mütəxəssisi Katy Doddy onların arzusunu reallaşıdırıb. O, Blissin döllənən yumurtasını inkubator əvəzinə qadının bədəninə yerləşdirib. Yumurta 5 gün Blissin bətnində qaldıqdan sonra Aşleytə transfer olunub.

Bundan sonra cütlüyün övladı Aşleytin bətnində inkşaf edib. Onların uşağı 4 kilo olaraq dünyaya gəlib. Nəticədə Stetson Koulter tarixdə iki qadının bətnində olan uşaq kimi düşüb.

 

www.yenicag.az

2797
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100