!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərvətlərini övladları ilə bölüşməyən MƏŞHURLAR: “Zəhmətlə pul qazanmağı...” - FOTOLAR

!Reklam – Yazi

Şou aləminin məşhur simalarından olan Meri Osmond son açıqlaması ilə publikanı təəccübləndirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təqribən 20 milyon dollarlıq sərvəti olduğu iddia edilən amerikalı aktrisa və müğənni Meri “New York Post”a açıqlamasında varidatını övladları ilə bölüşməyəcəyini deyib.

8 uşaq anası 64 yaşlı məşhur asan pul əldə etməyin uşaqlarına zərər verəcəyini bildirib:

“Çox çalışmağın, işlər yolunda getməyəndə isə özlərini toparlayıb yenidən ayağa qalmağın zövqünü yaşaya bilməzlər. Zəhmətlə pul qazanmağı özləri öyrənməlidirlər”.

Qeyd edək ki, Meri mirasını uşaqlarına verməyən ilk və tək məşhur deyil. Bundan öncə Eşton Kutçer-Mila Yunis cütlüyü, Stinq, Mik Caqqer kimi ünlülər də sərvətlərini uşaqları ilə bölüşməkdən imtina ediblər.

 

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv