!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faiz dərəcələrində SÜRƏTLİ ARTIM: İstiqraz bazarında nələr baş verir?

!Reklam – Yazi

Son aylarda faiz dərəcələrində müşahidə olunan sürətli artım investorların gözləntilərini doğrultmayıb.

Yenicag.az “The New York Times”a istinadən xəbər verir ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini iyuldan etibarən, dəyişməz saxlamasına baxmayaraq, ipoteka, kredit kartı və kommersiya kreditləri üzrə faizlər artmaqdadır.

Bu tendensiya ABŞ hökuməti ilə yanaşı, investorları da çətin vəziyyətə salır və onların narahatlığını artırır. Belə bir şəraitdə nəzərlər digər borclanma xərcləri üçün əhəmiyyət daşıyan ABŞ Xəzinədarlığının 10 illik gəlirliyinə yönəlib.

Məlumata görə, 10 illik istiqraz gəlirləri 3 aydan az müddətdə tam faiz bənd ilə artaraq 2007-ci ildən bəri ilk dəfə 5 faizdən çox olub. FED-in inflyasiya ilə mübarizəyə başladığı ilk dövrlərdə 2 illik istiqraz gəlirləri kimi, qısamüddətli faiz dərəcələri də kəskin şəkildə çoxalıb.

Sözügedən göstərici FED-in bir gecəlik borclanma faizindəki artımların həddinə yaxınlaşıb. Belə ki, o dövrdə artım 18 ayda 0-dan 5 faiz həddinə qədər yüksəlib.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv