Reklam: High Technic
hightechnic

Bu məhsulların idxalı, istifadəsi və satışı qadağan edildi - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunan məhsulların siyahısı ilə tanış ola bilərsiniz.

İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar:

Sıra sayı Məhsulun adı İstehsalçı (firma və ölkə) Müayinənin nəticəsi
1 SEDALİN FORTE “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ mənfi rəy
2 LARGOVIT KIDS “Pharmaex Rom İndustry”, Rumıniya mənfi rəy
3 MAX POWDER WOMAN “S.C Laboratoarele Medica S.R.L.” Türkiyə mənfi rəy
4 Lipocalin “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ mənfi rəy
5 DETRIVI GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə mənfi rəy
6 CHONDROCHOL GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə mənfi rəy
7 VITAZIM GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə mənfi rəy
8 ORGENZYME GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə mənfi rəy
9 VENOLAST “Gricar Chemical S.R.L.” İtaliya mənfi rəy
10 Qrenofa “Wallmark” Çex Respubilkası mənfi rəy
11 Miks Nevro “TİVİT” Litva mənfi rəy
12 FERROFOL GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə mənfi rəy
13 ASFERTİL N30 GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti mənfi rəy
14 SİTRATİN GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti mənfi rəy
15 UROLİZİN GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti mənfi rəy

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

www.yenicag.az

177