!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bütün əkizlər bu tədbirdə görüşdü - FOTO

!Reklam – Yazi

ABŞ-ın Ohayo ştatı yenidən qeyri-adi festivala ev sahibliyi edib.

Yenicag.Az xəbər verir ki, Tvinsburg şəhərində 41-ci dəfə ənənəvi “əkizlər festivalı” keçirilib. Festivalda ABŞ-ın dörd bir yanından əkizlər iştirak ediblər. Təşkilatçıların xahişini nəzərə alan əkizlərin bir çoxu mərasimdə öz ölkələrinin milli geyimlərilə çıxış ediblər.

200 il əvvəl əkiz qardaşlar tərəfindən qurulan və yaranma gününü əkizləri qarşılayaraq qeyd edən Tvinsburq şəhərinə tez-tez gəldiyini deyən Carolin Barrington əkiz olmağın möhtəşəm bir hiss olduğunu bildirib:

“Bu möhtəşəm duyğudur. Çünki yaxın dostunla birlikdə böyüyür, bütün təcrübələri onunla birlikdə yaşayırsan. Heç kim səni əkizin qədər yaxşı anlaya bilməz”.

Nataniel Barrington da öz növbəsində əkizinin dediklərinə dəstək verib: “Carolin möhtəşəm danışdı, mən hisslərimi bu qədər yaxşı ifadə edə bilməzdim”.

Xatırladaq ki, hər il olduğu kimi bu il də festival çəriçəvinsə “Ən oxşar əkizlər” və “Ən az oxşayan əkizlər” nominasiyaları üzrə yarışlar keçirilib.

Aytac
Yenicag.az

www.yenicag.az

1185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv