Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat Ağalar Vəliyevin şirkətində ÖLÜM HADİSƏSİ - RƏSMİ

Aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı 1 nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Yenicag.az-a Səbail rayon prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, “Kristal Abşeron” MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat etmiş, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatda bu şirkətin millət vəkili Ağalar Vəliyevə məxsus olduğuna dair dəfələrlə məlumat yayılıb.

Loading...

www.yenicag.az

147
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100