!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Putin görüşdü - Nələr müzakirə edilir?

!Reklam – Yazi

Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Təkbətək görüşdən öncə mediaya açıqlama verən dövlət başçıları bir sıra məsələlərə toxunublar.

Rusiya prezidenti Vladimir Putin regionda aktual olan məsələlərə dair ortaq bir qərar verilməsinin bölgədə əmin-amanlığı bərqərar edəcəyini vurğulayıb. O, Türkiyə-Rusiya münasibətlərinin daha da yaxşılaşdığını qeyd edib:

“Danışacağımız çox məsələ var. Onları müzakirə edib, qərar verməyə çalışacağıq”.

Rəcəb Tayyib Ərdoğan isə siyasi, hərbi, iqtisadi məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlarını və Soçidə veriləcək qərarların bölgəyə fərqli bir ümid olacağını bildirib.

Türkiyə prezidentini Soçi səfərində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Sönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan müşayiət edib.

Qeyd edək ki, təkbətək görüşdə dövlət başçılarının Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti – müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələləri müzakirə ediləcəkləri ehtimal olunur.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlama vermiş və bu zaman Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi olduğunu bildirmişdi.

www.yenicag.az

3493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv