!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfsanəyə dönən ömür - Mübariz İbrahimovun doğum günüdür - VİDEO

!Reklam – Yazi

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılan Mübariz İbrahimov əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vuran İbrahimov 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə saat 23:30-da təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabiti ilə 5 saat təkbətək döyüşüb, düşmən tərəfi ağır itkilərə məruz qoyub. Qeyri-bərabər döyüşdə qəhrəmancasına vuruşan Mübariz İbrahimov səhər saatlarında həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.

Yenicag.az Milli Qəhrəmanın döyüş yolunu əks etdirən videomaterialı təqdim edir:

 

www.yenicag.az

3575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv