!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Allahın mənə ən böyük hədiyyəsidir” - Rasim Balayevdən doğum günündə ETİRAF

!Reklam – Yazi

“Həyatın boz, qara rənglərini də görmüşəm, al-əlvan rənglərini də. Hamı kimi məndə də hər ikisindən olub. Ömürboyu xoşbəxt yaşamaq mümkün deyil ki…”

Bunu 74 yaşını qeyd edən tanınmış aktyor, Xalq artisti Rasim Balayev doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Aktyor avqustun 8-i Aşura gününə təsadüf etdiyindən doğum gününü qeyd etməyəcəyini bildirib:

“Mənim üçün adi günlərdən biridir. Qeyd etməyəcəm, çünki bu gün Aşura günüdür. Həm də yuvarlaq rəqəm deyil…”

“Rəqəmlərin sizin üçün önəmi varmı?” sualına aktyorun cavabı belə olub:

“Mən nə qədər də desəm ki, yox, rəqəmlərin heç bir əhmiyyəti yoxdur, yalan olar. Çünki istər-istəməz yaş keçir, yaşa dolduqca da səhhətimdə müəyyən problemlər yaranıb. Əvvəlki sağlamlığım indi yoxdur. Yaşa doluruq, bunu etiraf etsəm də, etməsəm də, fakt budur”.

Xalq artisti Allahdan ona bəxş olunan ən böyük hədiyyədən də danışıb:

“Bu da mənim taleyimdir, bu tale, akytor olmağım, istedad, şans da – hamısı Allah tərəfindən verilir. Bu, insandan asılı olan şey deyil. Allahın ən böyük hədiyyəsi nə ola bilər, əlbəttə, anadan olursan, bü dünyanın gözəlliklərini görüb axırda da bu dünyadan köçüb gedirsən. Bu, Allahın bəndəsinə bir mükafatıdır. Bəzən soruşurlar ki, ömrünüzün hansı çağına qayıtmaq istərdiniz? Bu, reallıq deyil axı. Nəinki ömrün hansısa çağına, heç dünəninə belə qayıtmaq mümkün deyil. Dünyaya gəlişimiz özü elə Allahın ən böyük hədiyyəsidir”.

Xalq artisti ən böyük arzusunu da dilə gətirib:

“Bu ömür yolunda insan arzularla yaşayır. Mənim də ən böyük arzum kinoların çəkilməsidir. Aktyorun başqa nə arzusu ola bilər ki?.. Filmlər çəkilsin, mən də rol alım. İllərlə bu arzularla yaşayıram”.

Cəvahir

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv