!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbovun həbsə atdırdığı MTN şefi üzə çıxdı: İbad Hüseynli də "Xan"a qarşı baş qaldırır? - FOTO

!Reklam – Yazi

Bilindiyi kimi, son həftələrdə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovla bağlı müxtəlif informasiyalar dolaşır, onun vəzifəsindən azad ediləcəyi ilə bağlı söhbət gəzir. Dövlət Təhlükəsizliyi Xidmətinin də (DTX) MR-də keçirdiyi əməliyyatlar Naxçıvanda “Talıbov erası”nın başa çatacağına dəlalət edir.

Belə bir zamanda Talıbovla münasibətləri gərgin olan, hətta Ali Məclis sədri tərəfindən həbsə atdıldığı iddia edilən Naxçıvan MR-in sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov azad edildikdən sonra ilk dəfə publika qarşısına çıxıb.

Maraqlıdır ki, 14 il MTN-ə rəhbərlik etmiş Vəli Ələsgərov 6 il həbs həyatı yaşayıb sərbəst buraxıldıqdan sonra ilk ictimai görüntünü Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli ilə verib.

İbad Hüseynli sosial media hesabında Ələsgərovla fotolarını paylaşaraq onunla birlikdə Heydər Əliyevin məzarını ziyarət etdiyini bildirib.

İlk baxışda normal görünsə də, əslində, birlikdə paylaşılan foto ilə bağlı bir sıra gizli məqamlar var. Belə ki, İbad Hüseynli bu günə qədər Talıbovlarla yaxın münasibətdə olub. O, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun kirvəsidir, hətta onların birgə biznes layihələrinin mövcudluğu barədə məlumatlar da dolaşmaqdadır.

Talıbovlarla qanlı-bıçaqlı olan Ələsgərov və onlarla çox yaxın münasibətdə olan Hüseynovlinin bu birliyindən iki nəticəyə gəlmək olar. Birincisi odur ki, İbad Hüseynov iki tərəf arasında barışdırıcı missiya yerinə yetirməyə çalışır, Ələsgərov da bununla onlarla bir probleminin olmadığını söyləmək istəyir. İkincisi isə odur ki, Hüseynli də artıq Talıbovlara baş qaldırır, belə desək, onlara birbaşa mesaj ötürür.

Qeyd edək ki, İbad Hüseynlinin qardaşı, Xocavəndin əbədi icra başçısı Eyvaz Hüseynov da (Elçibəy dönəmində təyin olunub, bu günə qədər dəyişməyən tək başçıdır) Vasif Talıbovun kadrlarından sayılır. Milli Qəhrəmanın bu addımı Hüseynovlar ailəsinin Talıbovlara münasibəti kimi də dəyərləndirilə bilər. Hətta V.Ələsgərovun azadlığa çıxmasında Hüseynovların müəyyən xidmətlərinin olduğu da söylənilir.

Bu günə qədər Vasif Talıbov haqqında bir kəlmə belə olsun danışmayan sabiq MTN şefi, bəlkə də, bununla Naxçıvandakı mövcud rejimə qarşı demarşa start verdiyini elan edir.

Hər halda, bütün bunlar onu deməyə əsas verir ki, irəlidəki zamanlarda Naxçıvanla bağlı daha maraqlı gəlişmələr yaşanacaq.

www.yenicag.az

13229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv